YAP-ın siyahısında yer almayan deputatdan seçicilərinə eyhamlı müraciət
- 29-12-2019, 15:37
- 1 204
O, bu barədə sosial şəbəkə hesabında yazıb. Müraciət Şəmkir rayonunun kənd məktəbləri ilə bağlıdır: "Şəmkir kənd seçicilərinin nəzərinə çatdırmaq istədiyim bəzi məlumatlar var. Ələsgərli kənd tam orta məktəbi TİKA tərəfindən layihələndirilib, üzümüzə gələn il yenidən tikiləcək. Zəyəm Cırdaxan tam orta məktəbi Təhsil Nazirliyi tərəfindən plana salınıb, böyuk ehtimalla 2020-ci ildə yenidən tikiləcək. Bu iki məsələ ilə bağlı mənə fəaliyyətim dövründə çox müraciətlər edilmişdi, nəticələri barədə məlumat verməyi özumə borc bildim. Qarşıdan gələn bayramınız şad xəbərlərlə açılsın!"
Qeyd edək ki, Sona Əliyeva 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısına salınmayıb.
AFN.AZ