17 saylı dairədən qalmaqallı namizəd Elnur Allahverdiyev kimdir? -“Şirkətinə MTN generalı “krışa”lıq edib”
- 29-12-2019, 12:40
- 1 867
Editor.az xəbər verir ki, Elnur Allahverdiyevin namizədliyi bağlı yazan araşdırmaçı jurnalist Cavanşir Həsənli onu qalmaqallı iş adamı kimi xarakterizə edib:
“”Azərcell” üzərindən kontur kartı və nömrə satışından milyonlar qazanan 3 monopolist şirkətdən birinin, “ABC-Telekom” MMC-nin sahibidir, Sloveniyanın Azərbaycandakı fəxri konsuludur. Vaxtilə mətbuat onun sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsinə MTN-nin generalı Elçin Əliyev “krışa”lıq etdiyini yazıb”.
//Editor.az