Nazir bu rayonun rəisini idarə rəhbəri təyin etdi
- 27-12-2019, 16:03
- 1 339
Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Sultan Zeynalov tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə S.Zeynalov DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilib.
Məlumatı DİN-in mətbuat xidmətindən Oxu.Az-a təsdiqləyiblər.