"Toroqvı”da 60 manatlıq çaya görə qapıdan qovulan müştərilər - FOTO
- 25-12-2019, 11:06
- 1 271
Nişanlısının yanında utanan oğlanlar...
Məsələ ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, bu cür obyekt sahibləri Azərbaycanı anti-reklam edir:
“Ciddi şəkildə istehlakçıların hüquqlarının pozulması baş verir. Turistlərdən, xaricdən gələnlərdən bizə çoxsaylı şikayətlər daxil olur. Şikayətlərdə azərbaycanlılar qonağın yanında xar olmalarını dilə gətirir, nişanlısı ilə, yaxını ilə çayxanaya gedən gənclərdən çıxılmaz vəziyyətdə qalmaları ilə bağlı narazılıqlar, müraciətlər gəlir. Bütün bunlar anormal haldır. Əgər müştəri restoran, çayxana sahibinin menyuda təklif etdiyi 15 manatlıq çayı istəyirsə, istehlakçıya “yox” cavabı verilməsi onun hüquqlarının pozulmasıdır. İstehlakçının seçim hüququ var. İstehlakçı nə istəyirsə, onu da seçər.
Azərbaycandakı restoran və çayxanalarda vəziyyət fərqlidir. Bəzi restoranlar var ki, əgər burada yemək yemirsənsə, sənə ümumiyyətlə çay vermirlər. Bu anormallıq 10 ildən çoxdur ki, davam edir”.
“Müştəri nə istəyir onu da sifariş verər”
Hüquq müdafiəçisinin sözlərinə görə, bulvarda da baş verən analoji problemin qarşısının alınmasına 80 faiz nail olunub:
“Lakin şəhərin digər yerlərində “sadə çay yoxdur” tendensiyası davam edir. Çox qəribədir, mənim ürəyim mürəbbə istəmirsə belə, mütləq çayın yanında mürəbbə almalıyam? Harada, hansı ölkədə istehlakçıya bu cür münasibət sərgilənir?! Bu, birmənalı şəkildə istehlakçı hüququnun pozulmasıdır. “Bura mənim yerimdir, bazar iqtisadiyyatıdır, istədiyim məhsulu istədiyim kimi sataram” deməsi düzgün deyil. Sizin dediyiniz halda çaynikin 15 manata olması belə, ucuz deyil. Bu, müştərilərin aldadılması və şişirdilmiş qiymətlərin mövcudluğudur. İstehlakçılar mütləq şəkildə 195-2 nömrələri vasitəsilə, kassa çeki olmadığı halda 195-1 nömrələrilə İqtisadiyyat Nazirliyinə müraciət etməlidir”.