"Aqrolizinq”in ASC-nin rəhbəri 298 min manata “Lexus” avtomobili alıb
- 23-12-2019, 02:39
- 2 027
Bunlara “DUR” demək zamanıdır! İnsanlar işsizdir, hamı borcun içindədir, vəzifəyə təyin edilənlər isə qısa müddətə oliqarxa çevrilirlər.
Buyurun: “Aqrolizinq”in ASC-nin rəhbəri Elmin Rəhmanov 298 min manata “Lexus” avtomobili alıb.
“Aqrolizinq” ASC noyabrın 29-da 298 min manat dəyərində “Lexus” minik avtomobili almaq üçün “Lexus-Bakı” MMC ilə müqavilə bağlayıb. Bu, dövlət şirkətləri üçün rəqabətli satınalma proseduru yolu ilə əldə edilən ən bahalı avtomobillərdən biridir.
E.Rəhmanov bu ilin iyul ayında “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri təyin edilib.