Polkovnik vəfat etdi

Cəmiyyət

Müdafiə Nazirliyinin Bərdə Hərbi Birləşməsinin şəxsi heyət üzrə keçmiş komandir müavini, ehtiyatda olan polkovnik Valeh Rəcəbov dünyasını dəyişib.

Bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat paylaşıb. O qeyd edib ki, mərhum polkovnik ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, V. Rəcəbov bu gün Müdafiə Nazirliyinin hərbi qulluqçular üçün nəzərdə tutulmuş Qurd Qapısı qəbirstanlığının yaxınlığındakı ərazidə torpağa tapşırılacaq.