İlqar Eyyubovun yeni iddiaları: Nazirin “at, eşşək, qatır mütəxəssisi” deputat olmaq istəyir?
- 16-12-2019, 10:33
- 1 344
Məlymata görə, İlqar Eyyubov Dövlət İmtahan Mərkəzində müsabiqədən və müsahibədən keçmədən müddətli əmək müqaviləsi ilə müddətsiz və sərhədsiz fəaliyyət göstərib.Eyni zamanda yerli mediada səslənən iddialara görə, İ.Eyyibov Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərovun “qara kassası” kimi fəaliyyət göstərib. Belə ki, elə onu qatırçılıqdan qulluqçuluğa gətirən və ağ günə çıxaran da Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov olub. Media üzərindən apardığımız araşdırmalara görə, Xidmət rəisi Elman Cəfərov bu sahənin adamı olmadığına görə süni mayalandırma ilə Dövlət Əmək Müfəttişliyi Xidmətini səhv salıb. Bununla yanaşı, o, hüquq-mühafizə orqanlarında nə qədər kariyera sahibi ola bilməyən tanışları və tələbə yoldaşları arasında işsiz qalan dostları varsa, hamısını Dövlət Əmək Müfəttişliyi Xidmətində vəzifə sahibi edir. Nazir Sahil Babayev Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə ilə qohumluq münasibətindən sui-istifadə edərək nazirlik sistemində dövlət qulluğu haqqında qanunvericiliyə məhəl qoymadan özünə savadsız və asan idarə olunan komanda formalaşdırmağa çalışır.
Bəs İ.Eyyibov sektor müdiri işləyərkən əsas vəzifəsi nədən ibarət olub? Bu barədə məlumatlandıran mənbənin sözlərinə görə, o, əmək hüquqları pozulan və ümidlə dövlətdən kömək istəyən vətəndaşların müxtəlif dövlət orqanlarına ünvanladığı və baxılması üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş müraciətlərini öz nəzarətinə götürür və bu müraciətlərin cəriməsiz bağlanması üçün rüşvət yığır. Xidmət rəisi Elman Cəfərovun dərkənarı ilə icra üçün sektora göndərilən müraciətlər həmin sektorun Rəhim və Fərid adlı əməkdaşları tərəfindən realizə olunur. Belə ki, İşəgötür həmin əməkdaşlar tərəfindən hədələnərək onlardan rüşvət alınır. Vətəndaşların müraciətləri isə baxımsız qalır. Eyni zamanda həmin sektor Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələri tərəfindən icra olunan sənədlərə nəzarət edir. Bu o deməkdir ki, eyni zamanda yerli orqanların fəaliyyətindən əldə oluanan gəlirlərə də, İlqar Eyyubov nəzarət edir. Elman Cəfərov həm istehsalat xəsarətlərindən, həm də ərizə və şikayətlərin ört-bastır edilməsinə görə qazanc əldə edir.
Daxil olan məlumata görə, müqavilə müddəti bittidkdən sonra vəzifəsi ilə vidalaşan İ.Eyyubov indi yeni iddialara düşüb. Onun qarşıdan gələn parlament seçkilərinə qatılması da ehtimal olunur.
cumhuriyyet.az