Özünü metroda qatar yoluna atan şəxsin kimliyi məlum oldu - RƏSMİ
- 12-12-2019, 13:45
- 1 367
DİN-dən verilən məlumata görə, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.
Bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.
Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.