Adım bu siyahıya əlavə edilərsə, namizədliyimi verəcəm– Siyavuş Novruzov

Cəmiyyət

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Azərbaycan Milli Məclisinə VI çağırış Parlament seçkilərinə qatılıb-qatılmayacağına münasibət bildirib.
S.Novruzov jurnalistlərə açıqlamasında qeyd edib ki, bu məsələ hələlik dəqiqləşməyib: “Mən YAP icra katibinin müavini və bu partiyanın üzvüyəm. Hazırda YAP 2020-ci il fevralın 9-da baş tutacaq parlament seçkilərinə üzvlərini müəyyənləşdirir. Əgər adım bu siyahıya əlavə edilərsə, mən də 2020-ci il fevralın 9-da baş tutacaq parlament seçkilərində iştirak edəcəm”.