Fazil Məmmədovdan xəbər VAR - Bakıda öz biznesilə məşğuldur
- 9-12-2019, 16:12
- 693
Gəncədəki mənbənin Modern.az-a bildirdiyinə görə, F.Məmmədov mütəmadi olaraq Gəncə Beynəlxalq Xəstəxanasında olur, müayinələrdən keçir. Amma hazırda sağlamlığı tam olaraq yaxşıdır, Bakıda öz biznesilə məşğuldur.
Qeyd edək ki, uzunmüddətli müalicə prosesindən sonra sağlığına qovuşan eks-vergilər naziri Fazil Məmmədovun səhhəti yenidən pisləşdiyindən bu ilin iyun ayında qastrit diaqnozu ilə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilmişdi. Vəziyyəti ağırlaşan F.Məmmədov daha sonra Almaniyanın “Heidelberg” xəstəxanasında mədə əməliyyatı keçirmişdi.