Yevda Abramovla vida mərasimi keçirilir

Cəmiyyət

Milli Məclisin mərhum deputatı Yevda Abramovla vida mərasimi başlayıb.

Mərasim Quba Rayon Mədəniyyət Mərkəzində keçirilir.

Vida mərasimindən sonra onun cənazəsi Qırmızı qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, dekabrın 6-da uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən 71 yaşlı Yevda Abramov müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.