Vergilər Nazirliyində struktur dəyişikliyi oldu

Cəmiyyət

Vergilər Nazirliyinin strukturunda növbəti dəyişikliklər olub.

Dəyişikliklər nəticəsində qurumun İnsan resursları və Maliyyə və təminat idarələri departamentə çevrilib.

Bundan başqa, Maliyyə və təminat departamentiin rəhbərliyində dəyişikliklər olub. Belə ki, baş direktorun müavini postunda çalışmış Vəkil Süleymanov baş direktor təyin edilib. Bundan əvvəl baş direktor Rəhim Əfəndiyev idi.

Nazirlikdən bildiriblər ki, hazırda baş direktorun müavini vəzifsi vakant qalır.