Sabah yağış yağacaq
- 1-12-2019, 14:58
- 899
XalqXeber.Az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşama doğru isə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 9-12° isti, Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.
Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.