Məhərrəm Əliyevə general-polkovnik rütbəsi verilib
- 30-11-2019, 00:10
- 1 397
Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.