Yağışlı havada anım mərasiminə qatıldılar - FOTOLAR
- 25-11-2019, 11:54
- 816
Azərbaycan nümayəndə heyəti Mozdokda keçirilən anım mərasimində iştirak edib.
Anım tədbirində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Baş Nazirin müavini Şahin Mustafayev, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və digər natiqlər çıxış edərək Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında xalqımızın rolundan danışıblar.
Bildirilib ki, müharibə zamanı 223-cü diviziya böyük qəhrəmanlıq yolu keçib, düşmənə ağır zərbələr vurub. Müharibədə həyati əhəmiyyətli neft məhsullarının – benzinin 80 faizi, motor yağlarının 90 faizi məhz Azərbaycanın payına düşürdü. Bu isə ölkəmizin Qələbənin qazanılmasında rolunun bariz nümunəsidir.