Vilayət Eyvazov yeni rəis müavini təyin etdi
- 24-11-2019, 18:29
- 991
Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Rüfət Məmmədov Ağcabədi rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub. O, bundan əvvəl rayon Polisinin istinadən bölməsinin rəisi işləyib.