Vüqar Əliyev qaynı İnam Kərimova arxayın olub artıq özünü Müşfiqabadın "seçilmiş bələdiyyə sədri" kimi görür
- 19-11-2019, 12:22
- 735
BMT-nin Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin 21-ci maddəsində seçki hüquqi ümumbəşəri sərvət, vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas prinsipi kimi səciyyələndirilmişdir: Xalqın iradəsi iqtidarın bünövrəsi olmalıdır, xalqın iradəsi ümumi və bərabər seçki hüquqi əsasında, gizli səsvermə yolu ilə, ya da azad səsverməni təmin edən digər müvafiq formalarda keçirilməli olan dövri və saxtalaşdırılmayan seçkilərdə öz ifadəsini tapmalıdır. Bu dövri azad seçkilərin siyasi hüdudların dəstəklənməsinin təminatında oynadığı rol da mülki və siyasi hüquqlara dair Beynəlxalq Pakta və insan hüquqlarının qorunması haqqında Avropa Konvensiyasına daxil edilib.
Məlumdur ki, ölkəmizdə bu il dekabrın 23-də Ümumxalq səsverməsi ilə Bələdiyyə seçkiləri keçiriləcək. Artıq MSK-nın sədri Məzahir Pənahov bu seçkilərin tam şəffaf və ədalətli keçirilməsi haqda da açıqlama verib.
Redaksiyamıza daxil olan məlumata görə, Qaradağ rayonun Müşfiqabad qəsəbə Bələdiyyəsinin sədri Vüqar Əliyev də yenidən bu seçkilərə qatılmaqla qəsəbə sakinlərinin haqlı narazılığına səbəb olmuşdur. Onu da bildirək ki, 2014-cü ildə bələdiyyə seçkilərinə qatılan V.Əliyev qalib olub və 2015-ci ilin yanvar ayında keçirilən ilk bələdiyyə iclasında Qaradağ rayonu Müşviqabad bələdiyyəsinin sədri seçilib. Belə ki, işlədiyi müddət ərzində özunü doğrulda bilməyən V.Əliyev İcra nümayəndəsi Çoşqun Bayramola əlbir olaraq qəsəbədə qanunsuz torpaq satışı ilə ad çıxarmışdır. Sakinlər arasında nüfuzunun olmadığını və qarşıdan gələn bələdiyyə seçkilərində səs qazanmayacağını bilən Vüqar Əliyev qaynı - Kənd Təsərrüfatı naziri İnam Kərimovdan "yararlanaraq" artıq, özünü "seçilmiş bələdiyyə sədri" kimi görür. Onu da deyək ki, faktiki olaraq bu şəxs qəsəbədə yaşamır və işə də yalnız istədiyi vaxt gəlib gedir. Araşdırma zamanı o da məlum olmuşdur ki, qəsəbə daxili yollar bərbad vəziyyətdə olmaqla bu sahədə də heç bir iş görməmişdir. Sosial problemlər içərisində yaşayan sakinlər arasında kimi dindirirsənsə, həm İcra nümayəndəsi Coşqun Bayramovdan, həm də Bələdiyyə sədri Vüqar Əliyevdən narazılıqlarını dilə gətirməklə, seçkilərdə ikinciyə, ümumiyyətlə, səs verməyəcəklərini xüsusi vurğulayırlar.
Redaksiya olaraq biz isə 23 dekabrı gözləməklə bir daha bu qəsəbədə ya azad seçkilərin, ya da ki, nazir olan qaynının "təyinatının" şahidi olacağıq. Araşdırmamız davam edir, bizi izləyin.
Yazıda adları çəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Qanun-namine.info