Generalın maaş kartı girov qoyulub
- 18-11-2019, 13:57
- 1 974
Aktualxeber.az-ın redaksiyasına şikayətçi xanım tərəfindən yeni maraqlı məlumatlar daxil olub. Onlardan ən maraqlısı və təəccüblüsü Zəfər Cəfərovun ona pul əvəzinə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsini daşıyan Texnika elmləri doktoru, professor İqbal Alıcan oğlu Babayevin məvacib kartını verməsidir. Z.Cəfərov məsələdən İ.Babayevin özünün də xəbəri olduğunu bildirib. Kart DGK generalının adına olduğu üçün həmin xanım onunla əlaqə yaradıb və general kartın ona verilməsindən xəbərdar olduğunu, lakin məvacibinin nə qədər olmasından belə xəbərsiz olduğunu da deyib. İ.Babayev vətəndaşa bildirib ki, məvacib kartını özü Z.Cəfərova verib ki, universitetdə tələb edilən xərclərin ödənilməsinə sərf etsin. “Məvacibinizin nə qədər olduğunu bilirsinizmi?”- sualına isə general 100-200 manat deyə cavab verib. Amma əslində generalın məvacibi 800 manat olub. Kart xanıma verildikdən iki ay sonra isə ora pul köçürülməsi dayandırılıb. Buradan da görünür ki, aldadaraq vətəndaşdan alınan vəsaiti geri qaytarmaqdan imtina edən Z.Cəfərov tutduğu vəzifəsindən sui-istifadə edərək dövlətə yüksək məbləğdə ziyan vurur. İşə gəlməyən özünə yaxın adamların adına bank kartları açdırara pul köçürüb mənimsəyir və ya məcburiyyət qarşısında qaldıqda bu kimi hallarda istifadə edir. Ümidvarıq ki, bu faktı Dövlət Gömrük Komitəsinin rəhbərliyi və prokurorluq orqanları yerindəcə araşdırıb lazımi tədbirlər görəcəklər. Çünki bu yaxınlarda deputat vəsiqəsini girov qoyanın aqibəti hamıya məlumdur.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
Aktualxeber.az