Yol polisindən sürücülərə xəbərdarlıq - 40 manat cərimə
- 3-04-2017, 17:44
- 13 785
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib ki, bu zolaqlara yalnız Oyunlar üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq: "24 saat ərzində zolaqlara nəzarət ediləcək. Mayın 1-dən 25-nə qədər zolaqlara digər maşınların girməsinə icazə verilməyəcək. Aidiyyatı olmayan maşınlar zolağa girsə 40 manat cərimə olunacaqlar".
BDYPİ-nin şöbə rəisi qeyd edib ki, regionda olan nəqliyyat vasitələrinin həmin müddətdə şəhərə daxil olmasına müəyyən məhdudiyyət qoyulacaq.
Qeyd edək ki, mayın 12-dən 22-nə kimi Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək.