Vilayət Eyvazovdan MÜRACİƏT: "Onların mənafeləri yüksək səviyyədə qorunmalıdır"
- 7-11-2019, 17:54
- 1 129
Unikal.org-un məlumatına görə, nazir müraciətində polis-vətəndaş münasibətlərinə toxunub: "Vətəndaşların müraciətlərinə baxılmasına, qəbuluna daim xüsusi həssaslıqla yanaşılmalı, cinayətlərdən zərər çəkmiş şəxslərin hüquqlarının bərpası ilə bağlı məsələlərin həllində hər zaman operativlik göstərilməlidir. İnsanların hüquqları, azadlıqları, qanuni mənafeləri yüksək səviyyədə qorunmalı, bu iş bütün struktur qurumlarda rəhbər heyətin şəxsi nəzarəti altında gündəlik həyata keçirilməlidir."(apa)