69 yaşlı Cahangir Əsgərov da yol üstündədir... - İDDİA
- 24-10-2019, 10:28
- 874
Mənbənin söylədikləri: "Doğrudur, belə bir qənaət də var ki, əslində baş verənlər dəyişikliklərin pil nöqtəsi kimi qəbul edilən PA rəhbəri Ramiz Mehdiyevin işdən çıxarılması ilə yekunlaşacaq. Amma prosesin davam edəcəyi gözlənilir".
Mənbə növbəti hədəflərdən birini də açqlayıb. Məlumata görə, bu dəfə sırada Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərovdur. Dia.az-a verilən informasiyada qeyd olunur ki, 69 yaşlı Cahangir Əsgərovun gedişinə tədarük görülür.
Qeyd edək ki, barəsində yerli KİV-də intensiv olaraq neqativ materiallar yayılan Cahangir Əsgərov eyni zamanda Azərbaycan Ağır Atletika Federasiyasının da prezidentidir.