Vilayət Eyvazov daha bir generalı vəzifəsindən azad etdi
- 17-10-2019, 14:50
- 1 214
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, H.Heydərov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat olunmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a faktı təsdiqləyiblər.