Arzu Rəhimovun yerinə onu gətirirlər? - İDDİA
- 15-10-2019, 09:50
- 1 059
DİA.AZ bildirir ki, yayılan informasiyalarda hətta hazırki xidmət rəisini kimin əvəzləyəcəyi haqda da iddialar səsələnib.
Xəbərlərə görə, SHXÇDX-nin yeni rəisi heç də kənardan gətirilməyəcək. Dia.az mənbənin iddialarını təqdim edir: "Son günlər barəsində yetərincə neqativ informasiyaların yayılmasına rəğmən özünün toxunulmazlığını qoruyan ŞHXÇDX-nin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov Arzu Rəhimovun yerinə hazırlanır".
İddia olunur ki, məhz bu səbəbdən Valeh Nəcəfova qarşı KİV-də hücum kampaniyas da start verilib ki, gözlənilən, daha dəqiqi, planlaşdırılan dəyişiklik baş tutumasın.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...