Azərbaycanda məşhur həkim itini axtarır - TAPANA VƏD VERDİ

Cəmiyyət

Azərbaycanda məşhur cərrah bahalı itini axtarır.

Unikal.org-un əldə etdiyi məlumata görə, ATU-nun Tədris Cərrahiyə Klinikasının həkimi Azər Qasımovun "Pupsik" cinsli iti həyətlərindən yoxa çıxıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən cərrah itinin həyətindən qaçdığını təsdiqləyib:

"Bu itin qiymətindən çox mənəvi dəyəri var. Həmin heyvan qızımın olduğu üçün tapılmasını çox istəyirik. Novxanıda bağımızdan çıxaraq, naməlum istiqamətdə yoxa çıxıb. İti tapan şəxsə heyvanın qiyməti dəyərində pul mükafatı veriləcək."