Deputat Ülvi Quliyevin oğlu 18 yaşından Avropada şirkət sahibidir - FOTO

Cəmiyyət

Milli Məclisin daha bir üzvünün, daha doğrusu, övladının xaricdə biznesi aşkarlanıb.

Mia.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki səhifəsində yazıb.

O bildrib ki, deputat Ülvi Quliyevin oğlu xaricdə biznesə sahibdir: "Oliqarx deputat Ülvi Quliyevin oğlu 18 yaşından Avropada şirkət sahibidir".

Jurnalist biznesin hansı ölkədə, o cümlədən hansı sahələri əhatə etməsi haqda hələlik dəqiq məlumatları açıqlamasa da, şərh bölümündə onun restoran belə açdığı vurğulanıb.

Jurnalist, həmçinin Ülvü Quliyevin oğlunun Fransadan çəkilmiş fotosunu da statusuna əlavə ediib.