Vasim Məmmədəliyev vəfat ETDİ

Cəmiyyət

Azərbaycanin əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

1942-ci ildə Bakıda həkim ailəsində anadan olan Vasim Məmmədəliyev 1964-cü ildə BDU- nun Şərqşünaslıq fakültəsini bitirib.

20 kitabın, 600-dən çox elmi məqalənin müəllifidir. Əsərləri dünyanin 15-dən artıq ölkəsində nəşr edilib. Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birgə “Qurani Kərim”i ilk dəfə Azərbaycan dilinə tərcümə edib.