Vilayət Eyvazovdan yeni təyinat

Cəmiyyət

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis kapitanı Samir Məmmədov Zaqatala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub.

Qeyd edək ki, o, bundan əvvəl Nəsimi Rayon Polis İdarəsində çalışıb.