Oruc Zalov Bərdə polisində qəbul keçirəcək

Cəmiyyət

Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov tərəfindən 2019-cu il oktyabr ayının 19-da Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulmuşdur.

DİN-dən verilən məlumatda deyilir ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.