Şəhid ekskavatorçumuzdan geriyə qalan xatirə... - “Düşmən təxribatına baxmayaraq işimi davam edəcəm”
- 3-10-2019, 12:26
- 952
Unikal.org-un araşdırmasına görə, Səfərəli Abışov bu ilin iyun ayında Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən hərbi əməkdaşlığa görə medalı ilə təltif edilib.
Generalın onu bu medalla təltif etməsinə səbəb təminat yollarının salınması ilə məşğul olduğu zaman onun ekskavatoru dəfələrlə düşmən atəşinə tutulmasına baxmayaraq, cəsarəti ilə işini davam etdirməsi olub.
Mərhum atəşə tutulan digər ekskavator operatorları ilə birgə ordu qəzetinə bir fikirdə səsləndirmişdi: “Düşmənin istənilən təxribatına baxmayaraq biz yenə də işimizə davam edirik”.