Parlament seçkiləri öncəsi DƏYİŞİKLİK QƏRARI... - Onlarla icra başçısı yola salınır...
- 27-09-2019, 13:39
- 847
Mənbənin söylədikləri: "Həqiqətən də 20-yə yaxın RİH rəhbəri dəyişdiriləcək. Bu dəyişikliklər zamanı isə prioritet siyasət həm sözügedən heyətin gəncləşdirilməsindən ibarət olacaq, həm də barələrində ən çox şikayət olunan icra başçılarının "vurulması" ilə diqqətə gələcək".
Məlumatlı mənbə bildirir ki, gələn həftədən bəzi dəyişikliklər baş verəcək: "Bununla bağlı yekun qərar var. Kimin adının birinci hədəflər siyahısında olacağını isə proses başlayanda biləcəyik. Burada bir məqam da nəzərə alınmalıdır. Gələn il parlament seçkiləridir və hakimiyyət bu seçkilərdə etibarlı dayaqları ilə iştirak etməyi qəsd edib".
Yaxın vaxtlarda başçıları dəyişdirilməsi gözlənilən rayonların tam siyahısını təqdim edəcəyik. Bizi izləməkdə davam edin...