Şəhid pilotumuzun 40 mərasimi keçiriləcək
- 26-09-2019, 11:30
- 688
Bu barədə Axar.az-a Rəşad Atakişiyevin qayınatası, tanınmış politoloq Qabil Hüseynli məlumat verib. O, mərasimin saat 11-dən başlayaraq Heydər məscidində keçiriləcəyini deyib.
Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi qəzaya uğramış, pilot Rəşad Saləddin oğlu Atakişiyev itkin düşmüşdü. Pilotumuzun nəşi uzun axtarışlardan sonra tapılaraq, avqustun 21-də 2-ci Fəxri Xiyabanda torpağa tapşırıldı.