Zümrüd Yağmurun Fuad Qəhrəmanlıdan boşanma işi üzrə məhkəmə prosesi başlayır

Cəmiyyət

Bu gün Abşeron Rayon Məhkəməsində Zümrüd Yağmurun (Zümrüd Abıyeva) boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı məhkəmə prosesi keçiriləcək.

"Report"un xəbərinə görə, hakim Elman Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesi saat 10:20-də başlayacaq.