Vidadi Zeynalovun oğlunun və kürəkəninin Türkiyədə biznesi aşkarlandı (FOTO)
- 16-09-2019, 00:07
- 1 100
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yazıb.
Jurnalistin yaydığı sənəddə nizamnamə kapitalı 100 min türk lirəsi olan şirkətin payının 75 mini Pərviz Zeynalova, 25 mini isə Nəriman Muradova da aiddir.
Qeyd edək ki, sabiq aparat rəhbəri mətbuata məlum açıqlamasında toyuq-cücə saxladığını və taxıl əkdiyini də deyib.
Əldə etdiyimiz məlumata görə sabiq aparat rəhbərinin aqrar sektorda fəaliyyət göstərən və dövlətdən böyük miqdarda kreditlər almış aqro şirkətləri var.