Hüquq müdafiəçisi Şeyxülislamın qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ - VİDEO
- 13-09-2019, 17:56
- 1 164
Unikal.org xəbər verir ki, 11 sentyabrda “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masada N.Cəfəroğlu bildirib ki, QMİ sədri olan Qalib Salahzadə vətəndaşların Bilgəhdəki torpaqlarını əlindən alaraq orada qaraj tikdirib:
"Məmurların özbaşınalığı hakimiyyətə inamsızlığa gətirib çıxarır. 28 nəfər ərizə yazıb, gətirib ki, Şeyxülislam Allahşükür Paşazadənin qudası torpaqlarımızı əlimizdən alıb. Vətəndaşların əllərində məhkəmə qərarı var ki, torpaqları geri qaytarılsın. Bu addımlar hamısı birbaşa prezidentə qarşı yönəlib. Prezidentin gördüyü yaxşı işləri bu cür məmurlar sıfıra endirir".