Vidadi Zeynalov restoran işlətməyə başladı - “Acından ölən deyiləm ki? Taxıl da əkirəm”
- 13-09-2019, 17:53
- 858
Bu barədə Unikal.org-a Vidadi Zeynalov özü məlumat verib. O deyib ki, azadlığa çıxdıqdan sonra, ona məxsus “Məlhəm” restoranını işlədir: “Həyat yoldaşım restoranda aşpazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”.
Vidadi Zeynalov bu addımını atmasına səbəb kimi imkanın aşağı olmasını göstərib: “Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.
Qeyd edək ki, restoran Şamaxı şəhəri, Məlhəm kəndində yerləşir.