"Apteçka”a ilə bağlı RƏSMİ AÇIQLAMA: - Cərimə olunacaqsınız...
- 12-09-2019, 17:31
- 1 086
Bəs “Apteçka”da komplektləşdirilməsini təmin etməsələr sürücüləri hansı cəza gözləyir?
Bu barədə Unikal.org-a Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletlərin hər birində dərman qutusu ("Apteçka") olmalıdır. Bu dərman qutusunun tərkibi Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.
DYP rəsmisi bildirib ki, dərman vasitələri və tibbi əşyaların hamısı istismara yararlı vəziyətdə olmalıdır: "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi (29 dekabr 2015-ci il) Maddə 356. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması halına görə, 10 manat cərimə gözləyir".