Vilayət Eyvazovdan daha bir təyinat

Cəmiyyət

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Anar Xəlilov Masallı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

A. Xəlilov bu təyinata qədər Masallı RPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsində çalışıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev xəbəri "Qafqazinfo"ya təsdiqləyib.