Vilayət Eyvazov 3 rəisi vəzifəsindən kənarlaşdırdı
- 9-09-2019, 11:29
- 988
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.
Nazirin digər əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülüb.
Xəbəri Xaçmaz rayon polis iadrəsindən Unikal.org-a təsdiqləyiblər.