SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vilayət Eyvazovdan yeni təyinatlar

Vilayət Eyvazovdan yeni təyinatlar

Tarix:

6-09-2019, 11:30

/ 1 176 dəfə oxundu.
Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər orqanlarında növbəti təyinatlar olub.

Oxu.az-a istinadən xəbər veririk ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Yunis Ələsgərov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi təyin olunub.

Y.Ələsgərov bundan əvvəl həmin bölmənin rəis müavini olub.

Nazirin digər əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə rəis təyin edilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusifli bu vəzifəyə təyinat alıb.

Bakı Şəhər Baş Polis İdarəsindən təyinatları saytımıza təsdiq ediblər.

Şərhlər

XƏBƏR LENTİ