Bakıda icra hakimiyyətinin əməkdaşı iş başında öldü

Cəmiyyət

Bakıda icra hakimiyyətinin məsul işçisi iş zamanı ölüb.
Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vertib.

Qaradağ Rayon İcra hakimiyyətinin Lökbatan qəsəbə İcra Nümayəndəliyinin mühəndisi, 1962-ci il təvəllüdlü Sərdar Hüseynovun səhhəti iş vaxtı pisləşib. S.Hüseynov xəstəxanaya çatdırılsa da, orada ürəktutmasından ölüb.

Faktla bağlı araşdırma aparılır.