Bakıda yeni rəis təyin olundu

Cəmiyyət

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusifli vəzifəsindən azad edilib.
İ.Yusifli Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi təyin olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən fakt təsdiqlənib.