İlham Əliyev AZTV-yə sədr təyin etdi (FOTO)
- 4-09-2019, 17:57
- 906
Sərəncamla Rövşən Raqif oğlu Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Xatırladaq ki, bu il yanvarın 15-də "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov vəzifəsindən azad olunub. Həmin vaxtdan indiyədək QSC sədri vəzifəsinin icrasını jurnalist Rövşən Məmmədov həyata keçiridi.
R.Məmmədov əvvəllər AzTV-də "Günün nəbzi” verilişinin aparıcısı olub.