Deputat oğlu ilə bağlı minnətçi düşüb –EV DUSTAQLIĞINA BURAXILMASI ÜÇÜN
- 28-08-2019, 10:24
- 921
Aldığımız məlumata görə, İqbal Məmmədov əvvəlcə məsələni “Bandotdel”də həll etmək istəyib. Amma istəyinə çata bilməyib. Məhkəmə yolu ilə problemin çözülməsinə çalışmaları da fayda verməyib. Son bilgilərə görə, deputat bu günlərdə Baş Prokurorluğa üz tutub. Mənbənin dediyinə görə, prokurorluqda oğlu və qardaşı oğlunun heç olmasa ev dustaqlığına buraxılması məsələsində razılıq əldə etməyə çalışıb. Lakin, bu niyyəti də baş tutmayıb.