Fərhad Ələkbərovun Böyük Britaniyada dövriyyəsi 40 milyon dollardan artıq olan şirkətləri mövcuddur... - Babayevin çevrəsində neooliqarxiya...
- 26-08-2019, 19:54
- 1 342
Fərhad Ələkbərovun statusunu aydınlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevə sorğu göndərsək də beş gün keçməsinə baxmayaraq sorğumuza cavab ala bilməmişik.
Qeyd edək ki, Fərhad Ələkbərova aid olan “Marduk Univers Ltd” şirkətinin hesabında 2018-ci ildə 14 milyon dollardan artıq pul olub. Bu “Marduk Univers Ltd” şirkətinin ötən il verdiyi hesabatda göstərilib.
Cənab Ələkbərovun digər şirkəti “Kingsway Business Limited”in hesabatında isə 2015-ci ildə 34 milyon dollardan artıq olub.
Fərhad Ələkbərovun “Linkedin” sosial şəbəkəsindəki hesabından görünür ki, o, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində çalışır və 2019-cu ildə şöbə müdiri vəzifəsinə keçib. Göründüyü kimi onu bu vəzifəyə indiki nazir Sahil Bbabyev təyin edib.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiə naziri cənab Sahil Babayevə göndərdiyimiz sorğunun cavabını gözləyirik.
//pia.az//