Qayınatasını döyən beşqat dünya çempionumuz hakim qarşısına çıxarıldı
- 23-08-2019, 13:39
- 920
Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, baxış iclası avqustun 29-na təyin edilib.
Qeyd edək ki, qayınatası Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirləndirilən E.Məcidov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.
Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.