“Relaks” İstirahət Mərkəzində biabırçılıq- OTAQDAN İLAN ÇIXDI -FOTO
- 17-08-2019, 00:32
- 1 527
Şikayətçi bildirir ki, o ailə üzvləri ilə birlikdə dincəlmək üçün iki günlük Lerikdəki “Relaks” İstirahət Mərkəzinə gedib. “VİP Duplex kotecdə gecələdik. Gəldiyimiz gündə otaqda qoxu olduğunu hiss etsək də, buna əhəmiyyət vermədik. Düşündük ki, bəlkə əşyaların üstünə nəsə tökülüb, onun iyidir”.
Aytən Əliyeva yazır ki, gəldikləri ikinci günü otağa gəldikdə isə dəhşətli mənzərənin şahidi olublar. “Otağa girdikdə gördük ki, bir siçan və bir ilan yan-yana uzanıb. İkisi də ölmüş vəziyyətdəydilər. Kağız yapışqanlı olduğu üçün ilan hərəkət edə bilməyib. Orada qalıb və ölüb”.
O deyir ki, məsələ ilə bağlı etirazımızı istirahət mərkəzinin rəhbərliyinə bildirdiblər. “Telefonla bizimlə danışdı. Etirazımızın qarşılığında Lerikdə olmadığın deməklə kifayətləndi. Uşaqla gəldiyin istirahətdə belə təhlükəli vəziyyətlə özləri qarşılaşsaydılar görəsən, hansı reaksiyanı verərdilər? VİP adı ilə insanlara belə təhlükə sırıyırlar”.
JAMAZ.İNFO