Zaqatalada intihar edən Məşğulluq Mərkəzinin müdiri ilə bağlı RƏSMİ AÇIQLAMA
- 16-08-2019, 16:49
- 982
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.
İntiharın səbəblərinin araşdırılması məqsədilə iş üzrə mərhumun ailə üzvlərinin və digər şəxslərin ifadələri alınmışdır.
İlkin istintaq araşdırmaları ilə müəyyən edilmişdir ki, 4 aya yaxın müddət ərzində Zaqatala rayon Məşğulluq Mərkəzinin müdiri işləmiş mərhum M.Feyzullayevin intihar etməsinə səbəb ailə-məişət zəminində və şəxsi problemləri olmuşdur. M.Feyzullayevin intahar etməsi xidməti fəaliyyəti ilə bağlı deyil.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.