Mətbuat Şurası Gürcüstanda fəaliyyət göstərən jurnalistləri təltif edib
- 28-03-2017, 12:42
- 1 812
Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi Gürcüstanda səfərdə olan Ə.Amaşov bildirib ki, həm N.Almazoğlu, həm də B.Məmmədov uzun illərdir, media sahəsində səmərəli fəaliyyət göstərməkdədirlər. Bu şəxslərin əməyi Azərbaycan jurnalistikasının inkişafına töhfədir, həmçinin iki qonşu ölkələr arasında münasibətlərin dərinləşməsinə, Azərbaycan və gürcü xalqının bir-birinə daha sıx şəkildə bağlanması istiqamətində həyata keçirilən fəaliyyətə dəstəkdir. Bununla yanaşı jurnalistlərin Gürcüstanda yaşayan soydaşlarımızın durumuna həssas yanaşmaları, onların üzləşdikləri çətinlikləri daim gündəmdə saxlamaları mühüm peşəkarlıq keyfiyyətidir.
B.Məmmədov və N.Almazoğlu çıxışlarında əməklərinə verilən dəyərdən məmnunluqlarını ifadə ediblər.