"Ordumuz neytralda böyük bir ərazini tam nəzarət altına götürüb"
- 14-08-2019, 09:28
- 934
Yeniavaz.com xəbər verir ki, bunu hərbi ekspert, “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov bildirib.
Dünən Qazax rayonunun Ermənistanla sərhəd mövqelərinə səfər edən R.Süleymanov deyib ki, düşmənlə döyüş aparılaraq, irəli çəkilən mövqerlərimizdən Ermənistan Respublikası ərazisindəki mövqelər nəzarət altındadır.
O, ərazidən və yeni mövqeyimizdən çəkdiyi fotonu da təqdim edib. R.Süleymanov daha detallı məlumatı sonra açıqlayacağını deyərək, bu barədə rəsmi açıqlamanın olacağını istisna etməyib.