"Səfər Mehdiyev hələ Aydın Əliyevin dövründən...." - DGK sədri ilə bağlı ilginc iddia
- 8-08-2019, 13:10
- 1 200
Mənbənin dia.az-a söylədikləri: "Elə o vaxtlar da Aydın müəllimin yox, Səfər Mehdiyevin sözü keçirdi. Sonradan isə Səfər Mehdiyev İSLAHATÇI kimi DGK rəhbərliyinə gətirildi. Əslində bu gün Səfər Mehdiyevin "islahatçı" kimi təqdim olunması, özünü bu formada təqdim etməyə çalışması əksəriyyətdə təəccüblə qarşılanır.
Məsələn bu gün yüzlərlə sahibkar var ki, Səfər Mehdiyev müavin olarkən onunla "alış-veriş" edib. İndi həmin sahibkarlar gömrükdəki islahatlara necə inansınlar? Onlar necə güvənsinlər ki, Səfər Mehdiyev nəyisə dəyişəcək?
Bir ildən də çox keçib, amma heç nə dəyişməyib. Dəyişməyəcəkdi də. Nə dəyişəsi idi axı? Səfər Mehdiyev məgər öz xasiyyətini dəyişə bilər?"
İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin fikirlərini işıqlandırmağa hazırıq...